...

Məzahir Pənahov: "Təkrar parlament seçkiləri ölkədə demokratik seçki keçirilməsi istiqamətində növbəti addım oldu"

Siyasət Materials 27 May 2006 15:08 (UTC +04:00)
Məzahir Pənahov: "Təkrar parlament seçkiləri ölkədə demokratik seçki keçirilməsi istiqamətində növbəti addım oldu"

"Təkrar parlament seçkiləri ölkədə demokratik seçki keçirilməsi istiqamətində növbəti addım oldu". Trend in məlumatına görə, bu fikirləri təkrar seçkilərin yekunlarının təsdiq olunması ilə bağlı keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

O, qeyd edib ki, təkrar seçkilərin keçirildiyi 343 seçki məntəqəsində komissiya sədrləri və üzvləri dəqiq və məsuliyyətli çalışıblar. M.Pənahovun sözlərinə görə, aşağı seçki komissiyalarının peşəkar fəaliyyəti nəticəsində seçkilər barədə yerli və beynəlxalq səviyyədə müsbət rəylər verildi: "Demokratik seçkilər ölkə prezidentinin nümayiş etdirdiyi siyasi iradə əsasında keçirilir və biz bu iradəni hər zaman hiss etmişik. Həmçinin müvafiq dövlət strutkurları, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Respublika Prokurorluğu seçkilərin təhlükəsizliyinin təmin olunması, seçki prosesinin pozulmamsı və normal şəraitdə baş tutmsı üçün bütün lazımi tədbirləri həyata keçiriblər". MSK sədri həmçinin kütləvi informasiya vasitələrinin, beynəlxalq təşkilatların seçkidə oynadığı rolu da xüsusi qeyd edib. M.Pənahov eyni zamanda qeyd edib ki, dünyanın heç bir ölkəsində ideal səviyyədə seçki keçirilməsi mümkün deyil. Buna görə də hansısa nöqsanların olması təbii qarşılanmalıdır. Buna baxmyaraq MSK sədri 13 mayda keçirilmiş təkrar parlament seçkilərini yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti