...

İlham Əliyev :Artıq bu ilin sentyabr-oktyabr aylarında Azərbaycan qazı Avropa istehlakçılarına verilə bilər

Siyasət Materials 30 May 2006 11:25 (UTC +04:00)
İlham Əliyev :Artıq bu ilin sentyabr-oktyabr aylarında Azərbaycan qazı Avropa istehlakçılarına verilə bilər

Artıq bu ilin sentyabr-oktyabr aylarında Azərbaycan qazı Avropa istehlakçılarına verilə bilər. Trend in İTAR-TASS agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə mayın 30-da Fransada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Parisdə Fransa Sahibkarları Birliyində tanınmış iş adamları ilə görüşdə çıxış edib.

Hazırda Rusiyadan 20% qaz alan Avropa "alternativ təchizat mənbələri axtarır. Bu mənbələr xüsusilə Xəzər dənizi regionunda tapılır", - deyə İlham Əliyev bəyan edib. O qeyd edib ki, Azərbaycan Qərbi Avropa dövlətlərindən qaz tədarükü ilə bağlı hələlik rəsmi sorğu almayıb və yalnız Türkiyə və Gürcüstana qaz ixrac edir.

"Ancaq sentyabr-oktyabr aylarından başlayaraq Azərbaycan qazının tədarükü texniki cəhətdən mümkündür. Belə ki, həmin müddətə Bakı-Tiflis-Ərzurum qaz kəməri işə salınacaq", - deyə Azərbaycan prezidenti hesab edir.

"Əvvəllər Azərbaycan Avropaya qaz ixracı üçün bazar kimi baxmırdı və bu region dövlətlərinə qaz tədarükü həm əlavə sərmayə, həm də hasilatın sürətinin artırılmasını tələb edəcək", - deyə İlham Əliyev vurğulayıb. O qeyd edib ki, əgər Qərbi Avropa ölkələri tərəfindən tədarüklə bağlı müvafiq sorğu daxil olarsa, bu, "daha ətraflı danışıqların" obyekti olacaq.

İlham Əliyev bildirib ki, Avropanın Azərbaycan qazı ilə təchizatı məsələsi çərşənbə axşamı Yelisey sarayında onun Fransa prezidenti ilə görüşündə ətraflı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti