...

Səlim Müslümov: 2008-ci il üçün əmək təqaüdü yaşama minimumuna çatdırılacaq

Siyasət Materials 2 İyun 2006 15:51 (UTC +04:00)
Səlim Müslümov: 2008-ci il üçün əmək təqaüdü yaşama minimumuna çatdırılacaq

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yaşam minimumunun müəyyən olunması üzrə təklif hazırlayıb. Trend in verdiyi xəbərə görə, bu günkü mətbuat konfransında Azərbaycanın əhalinin sosial müdafiəsi üzrə dövlət fondunun sədri Səlim Müslümov xəbər verib ki, İİN-nin təkliflərində əhalinin üç kateqoriyası - işləyən təqaüdçülər, uşaqlar və yaşa görə təqaüdə çıxmış şəxslər üçün müəyyən olunub.

İlkin hesablamalara görə, artıq 2008-ci ildə təqaüdçülər üçün yaşama minimumu 55 manata çatdıralacaq. Müvafiq olaraq, 2008-ci il üçün əmək təqaüdünün əsas hissəsini məhz bu səviyyəyə çatdırmaq planlaşdırılır. Bu pariteti gələn illərdə də saxlamaq planlaşdırılır. S.Müslümov qeyd edib: "2015-ci il üçün iqtisadi artıma və istehlak qiymətlərinin indeksinin artım templərinə, orta aylıq əmək haqqına olan ümidləri nəzərə alaraq, biz Dövlət fondunun gəlir və xərclərinin artım dinamikasını hazırlamışıq".

S.Müslümovun sözlərinə görə, əmək təqadünün əsas hissəsinin növbəti artımı 1 oktyabr 2006-cı ildə gözlənilir və əmək təqaüdü 35 manata qədər artırılacaq. Ötən artım 1 apreldə olub və onun nəticəsində əmək təqaüdünün əsas minimal ölçüsü 30 manat təşkil edib. O hesab edir ki, təqaüdün artırılması ilə bağlı əlavələrin ödənilməsi ilə bağlı problem olmayacaq, çünki 1 iyuna olan vəziyyətə görə Dövlət fondundakı qalıq 17 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti