...

Türkiyə XİN başçısı Bakıya səfər edəcək

Siyasət Materials 6 İyun 2006 14:16 (UTC +04:00)
Türkiyə XİN başçısı Bakıya səfər edəcək

Türkiyənin xarici işlər naziri Abdulla Gül Bakıya səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı bildirib.

Səfərdə məqsəd - İslam Konfransı Təşkilatı ölkələrinin xarici işlər nazirləri Şurasının iyunun 19-21-də Bakıda keçiriləcək iclasında iştirak etməkdən ibarətdir. Onun sözlərinə görə, həkimlər A.Gülün səhhətini müsbət qiymətləndirib və o, tədbirdə iştirak etmək üçün şəxsən Bakıya gələcək. Diplomat əlavə edib ki, Bakıda olduğu müddətdə hər hansı ikitərəfli sənəd imzalanmayacaq.

Xatırladaq ki, uzaq uçuşlarla əlaqədar türkiyəli nazirin qulaq seyvanında problemlər yaranmışdı və nəticədə o, mini əməliyyat olunub. Həkimlər A.Gülə aviauçuşları müvəqqəti olaraq qadağan edib.

Xəbər lenti

Xəbər lenti