...

İranın Bakıdakı səfiri: Azərbaycan və İran xalqları "siyasi minaya" uymamalıdır

Siyasət Materials 7 İyun 2006 16:24 (UTC +04:00)

Azərbaycan-İran əlaqələrində gərginlik yaratmağa çalışan müəyyən qüvvələr bu günlərdə Azərbaycan KİV-də nəşr olunmuş karikaturalara bənzər "siyasi mina" hazırlayır. Bu barədə Trend ə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirilib.

"Azərbaycan və İran xalqları min illər boyu sülh və əmin-amanlıq şəraitində yaşayıb və bu növ təxribata uymamalıdır" - deyə İran səfiri qeyd edib.

"İki qonşu ölkənin qarşılıqlı əlaqəsində istifadə olunmamış böyük potensial var və mən hesab edirəm ki, bu cür "siyasi minalar" hərbi minalardan daha təhlükəlidir. Belə ki, ikinci halda 1-2 nəfər ölür və ya xəsarət alırsa, birinci halda minlərlə adam həlak olur" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti