...

Oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçiriləcək

Siyasət Materials 7 İyun 2006 17:46 (UTC +04:00)
Oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçiriləcək

6 oktyabr 2006-cı ildə Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçiriləcək. Trend in xəbərinə görə, bu barədə iyunun 7-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Komissiyanın sədri Məzahir Pənahov məlumat verib.

M.Pənahov bildirib ki, təkrar seçkilər keçiriləcək 141 bələdiyyə də daxil olmaqla ümumilikdə 604 bələdiyyədə seçkilər keçiriləcək. Həmin bələdiyyələrdə ümumilikdə 1941 bələdiyyə üzvü seçilməlidir. Bu seçkilər 83 dairəni əhatə edəcək.

"Bələdiyyə seçkilərində müvəqqəti köçkünlər də səs vermək hüququna malik olduqlarına görə əlavə köçkün dairələrə məxsus məntəqələr də fəaliyyət göstərəcək"- deyə M.Pənahov söyləyib.

İclasın işində bələdiyyə seçkilərinin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı, "Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında təlimat", "Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında təlimat"ın təsdiqlənməsi və bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti