...

Deputatlarımız İordaniyaya gedəcək

Siyasət Materials 9 İyun 2006 11:54 (UTC +04:00)

İyunun 10-dan 16-dək İordaniyanın Əmman şəhərində Yaxın Şərq Araşdırmaları üzrə İkinci Dünya Konqresi keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Tədbirdə Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova və hesablama komissiyasının sədri Məlahət Həsənova iştirak edəcək.

Dünyanın bir sıra ölkələrindən nümayəndələrin iştirak edəcəyi bu toplantıda Yaxın Şərq, Şimali Afrika və Orta Asiyanın müsəlman ölkələrində iqtisadiyyat, siyasət, mədəniyyət, təhsil və başqa sahələrdə vəziyyətlə bağlı müzakirələr aparılacaq.

Deputatlarımız tədbirdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətlərini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti