...

AQFETM-in 3-cü sammiti 2010-cu ildə keçiriləcək

Siyasət Materials 17 İyun 2006 15:04 (UTC +04:00)

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 3-cü sammiti 2010-cu ildə keçiriləcək. Trend in Qazaxıstandakı xüsusi müxbirinin məlumatına görə, bu barədə AQFETM-in 2-ci sammitinin yekunları üzrə qəbul olunmuş bəyanatda deyilir. 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan prezidenti tərəfindən AQFETM-in çağırılması ideyasının irəli sürülməsi ilə əlaqədar 5 oktyabr tarixinin AQFETM günü elan olunmasına dair qərar qəbul edilib.

Bəyanatda AQFETM bütün ölkələri tərk-silah və silahların yayılmaması sahəsində götürülmüş öhdəlikləri yerinə yetirməyə çağırır. Bəyanatda terrorçuluq və onun bütün təzahürləri pislənir. "Biz qlobal dünya və təhlükəsizliyin əsaslarını sarsıdan bu təhlükə ilə mübarizə aparmaq üçün milli, regional və hərtərəfli əsasda fəaliyyətimizi gücləndirmək əzmindəyik. AQFETM ölkələri BMT-nin yenidən formalaşdırılmasını dəstəkləyir. "Biz hətta Asiyadan BMT-nin baş katibi postuna irəli sürülən namizədi də dəstəkləyirik", - deyə bəyanatda vurğulanır.

Bəyanatda xalqların birləşməsinə və əlaqələrin möhkəmləndirilməsinə xidmət etmiş Böyük İpək Yolunun əsrlər boyu davam etmiş ənənələrinin bərpası üçün turizmin inkişafının vacibliyi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti