...

"Böyük səkkizliyin" XİN başçıları Bakı və Yerevanı artıq 2006-cı ildə Dağlıq Qarabağ üzrə razılığa gəlməyə çağırıb

Siyasət Materials 29 İyun 2006 19:02 (UTC +04:00)
"Böyük səkkizliyin" XİN başçıları Bakı və Yerevanı artıq 2006-cı ildə Dağlıq Qarabağ üzrə razılığa gəlməyə çağırıb

"Böyük səkkizliyin" XİN başçıları Bakı və Yerevanı artıq 2006-cı ildə Dağlıq Qarabağ üzrə razılığa gəlməyə çağırıb. Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Moskvadakı görüşün yekunlarına görə verdikləri bəyanatda onlar bildiriblər ki, "səkkizlik" "ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyir".

Sənəddə deyilir: "Biz bu münaqişənin dinc yolla həllinin əsas prinsiplərinin tezliklə razılaşdırılması zərurətini qeyd etmişik".

"Biz Azərbaycan və Ermənistanı siyasi iradə göstərməyə, cari ildə bu məsələ üzrə razılığa gəlməyə və öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq", - deyə bəyanatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti