...

Azərbaycanın XİN başçısı Pakistan səfirini qəbul edib

Siyasət Materials 22 İyul 2006 14:00 (UTC +04:00)

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri Məhəmməd Hafizinin diplomatik missiyasının tamamlanması ilə əlaqədar onu qəbul edib. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən bildiriblər.

Səfir onun Azərbaycanda diplomatik missiyası zamanı göstərdiyi dəstəyə görə XİN başçısına öz minnətdarlığını bildirib. İki ölkə prezidentlərinin qarşılıqlı səfəri barədə xatırladaraq, diplomat əminliklə bildirib ki, bu səfərlər Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlərin inkişafına səbəb olacaq. M.Hafizi həmçinin Pakistandakı zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə Azərbaycan hökümətinə təşəkkür edib.

Azərbaycanın XİN başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edərək, Pakistanın Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Onun sözlərinə görə, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan və onu beynəlxalq təşkilatlar səviyyəsində dəstəkləyən ilk ölkələrdən biridir. E.Məmmədyarov səfirə gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti