...

Milli QHT Forumu təkrar bələdiyyə seçkilərini müşahidə etməyəcək

Siyasət Materials 25 İyul 2006 14:49 (UTC +04:00)

Milli QHT Forumu oktyabrın 6-da bələdiyyələrə boş qalan yerlərə keçiriləcək təkrar seçkiləri müşahidə etməyəcək. Bu barədə Trend ə Milli QHT Forumu icraçı direktoru Fərasət Qurbanov bildirib.

F.Qurbanov bildirib ki, bu məsələ ilə bağlı onlara MSK-dan heç bir müraciət daxil olmayıb. Eyni zamanda Milli QHT Forumunda təmsil olan təşkilatlar da bu təşəbbüslə çıxış etmədiklərindən seçkilərdə monitorinqlər aparılmayacaq.

F.Qurbanov onu da əlavə edib ki, Milli QHT Forumunun ABŞ Beynəlxalq İnkişaf Agentliyi Vətəndaş Cəmiyyəti Layihəsinin dəstəyi ilə QHT qanunvericilik bazasının təkmilləşdirildməsi məqsədilə hazırladığı "İctimai birliklər haqqında", "Fondlar haqqında", "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələri bu həftə rəy almaq üçün ATƏT-in Bakı ofisinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti