...

Polşa Senatının spikeri və bu ölkənin iqtisadiyyat naziri Bakıya səfər edəcəklər

Siyasət Materials 6 Oktyabr 2006 18:42 (UTC +04:00)

Polşa Senatının spikeri Boqdan Boruseviç və bu ölkənin iqtisadiyyat naziri Pyotr Voznyak noyabrın 6-da Bakıya səfər edəcəklər. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretskiy məlumat verib.

Səfərdə məqsəd noyabrın 8-də Bakıda keçiriləcək Birinci Polşa milli sərgisində iştirak etməkdir.

Səfər çərçivəsində Polşa nümayəndə heyəti Azərbaycan rəhbərliyi - prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, iqtisadi inkişaf naziri Heydər Babayev və başqaları ilə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti