Azərbaycandakı müxalifət partiyaları bundan sonra birgə fəaliyyət göstərmək və vahid, geniş formatda müqavimət hərəkatı yaratmaq qərarına
gəlib. Trend in məlumatına görə, bu qərar noyabrın 27-də ADP -nin qərargahında keçirilən müxalifət partiyaları liderlənininin toplantısında verilib.
Görüşdə müxalifət nümayəndələri gələcək mübarizə formaları, siyasi partiyaların və azad mətbuatın üzləşdiyi durumu müzakirə ediblər. Qərara gəlinib ki, müxalifətin vahid müqavimət hərəkat ınınformalaşdırılması üçün müzakirələr davam etdirilsin. Bu məqsədlə dekabrın 1-də saat 16.00-da müxalifət liderləri Müsavat Partiyasın qərargahında toplaşacaqlar.
Partiyaların vahid mübarizə mərkəzinin formalaşmasının tərkib hissəsi kimi ümumi bir üstqurumun yaradılması və ardıcıl olaraq aksiyaların keçirilməsi zəruri sayılıb.