...

Gürcüstan XİN başçısı: "GUAM-ın "dondurulmuş münaqişələr" haqqında məsələsi BMT BA üçün hələ hazır deyil

Siyasət Materials 6 Dekabr 2006 13:38 (UTC +04:00)
Gürcüstan XİN başçısı: "GUAM-ın "dondurulmuş münaqişələr" haqqında məsələsi BMT BA üçün hələ hazır deyil

"Dondurulmuş münaqişələr" haqqında məsələnin BMT BA-da müzakirə edilməsi ilə bağlı GUAM-ın təşəbbüsünün hələ zamanı deyil. Trend in müxbiri məlumat verir ki, bu barədə bu gün Gürcüstan XİN başçısı Qela Bejuaşvili Tbilisidə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, GUAM ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında dekabrın 7-də BMT-də baxılması nəzərdə tutulan bu məsələnin təxirə salınmsı barədə qərar qəbul edilib.

Q.Bejuaşvili bildirib: "Bu məsələ BMT-nin 61-ci Baş Assambleyasının gündəliyində durur və gələn ilin sentyabr ayına qədər gündəlikdə saxlanılacaq. Ona görə bu məsələ tam hazır olduqdan dərhal sonra biz onu müzakirəyə təqdim edəcəyik". O həmçinin qeyd edib ki, GUAM bu məsələnin yalnız müzakirəsinə deyil, əməli qərarların qəbul edilməsinə çalışır. Qeyd edilməlidir ki, Rusiya da bu məsələyə baxılmasına qarşı çıxır. Rusiya bu məsələ BMT BA-da müzakirəyə çıxarılacağı təqdirdə separatçı regionların liderlərinin çıxışını təşkil etməyə çalışır.

Xəbər lenti

Xəbər lenti