...

Əshabi-Kəhf ziyarətgahında təmir işləri aparılır

Siyasət Materials 6 Dekabr 2006 16:58 (UTC +04:00)

Əshabi-Kəhf ziyarətgahında yenidənqurma işləri aparılır. Trend in Naxçıvan Bürosu xəbər verir ki, artıq bu istiqamətdə bir sıra tədbirdər həyata keçirilib.

Adıçəkilən dini-tarixi abidə kompleksində quruculuq işlərini Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsinin kollektivi aparır. Ötən müddət ərzində isə ziyarətgahda köhnə köşklər arxitektura baxımından yeniləri ilə əvəz edilib.

Bundan əlavə, hər biri 20 nəfərlik olmaqla 21 ədəd köşk quraşdırılıb, qonaq evi inşa olunub, bələdçi otağı tikilib. Bəzi yerlərdə -qayalar arasında qar və yağış sularının yığılıb saxlanılması üçün xüsusi su mənbəyi də yaradılıb.

Qeyd edək ki, ziyarətə gələnlərin çoxluğu, həmçinin xarici qonaqların bu məkana maraq göstərməsi buranın həm də turist məkanı kimi formalaşdırılması zərurətini meydana çıxarıb və bu məqsədə xidmət edən yenidənqurma işlərinə may ayından başlanılıb.

Xəbər lenti

Xəbər lenti