...

Venesiya komissiyasının təmsilçisi : "Gələn il Azərbaycan hökuməti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna düzəlişlər layihəsi hazırlayacaq"

Siyasət Materials 7 Dekabr 2006 20:17 (UTC +04:00)
Venesiya komissiyasının təmsilçisi : "Gələn il Azərbaycan hökuməti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna düzəlişlər layihəsi hazırlayacaq"

Strasburqda Venesiya komissiyası ilə Azərbaycan hökuməti arasında Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı barədə" qanunun təkmilləşdirilməsi barədə müzakirələr ciddi və konstruktiv şəraitdə keçib. Bu barədə Trend ə eksklüziv olaraq Venesiya komissiyası katibliyinin təmsilçisi Tatyana Mışelova xəbər verib.

O qeyd edib ki, iştirakçılar Venesiya komisiyasının təşkilatın 13-14 oktyabr 2006-cı il tarixli 68-ci plenar sessiyasında qəbul olunmuş sənədə dəyişikliklər barədə tövsiyyəsinə əsasən qanun maddəsini müzakirə ediblər. Xatırladaq ki, qərar Venesiya komissiyasının bu məsələ ilə bağlı məruzəçiləri Boqdan Aureska (Rumıniya), Finola Flanaqan (İrlandiya), Piter Pakzolayın (Venqriya) şərhləri əsasında qəbul olunub. Qərarda deyilir: Mütəxəssislər qərara gəliblər ki, sərbəst toplaşmaq azadlığı prinsiplərinin əsasları Azərbaycanın Konstitusiya və digər qanunverici aktlarında təcəssüm olunub. Qanunun əsas çatışmazlıqları odur ki, o, məhdudiyyət qoymağa əsas verməyən dərəcədə toplaşma kateqoriyaları arasında yersiz fərqlər qoyur. Bundan əlavə, proses barədə məlumatlarla bağlı prosedur tələblər çox ağır və vaxt aparandır. Qanun hakimiyyətə həddən artıq ixtiyar verir və aksiyaların keçirilməsində mexaniki qadağalar üçün şərtlər yaradır. Qanun qanuni, sakit nümayişlər keçirmək üçün dövlətin təhlükəsizlik təminatından ötrü
işə qarışması faktını adekvat əks etdirmir. Qanunun mətnində hakimiyyətin səlahiyyətli təmsilçilərindən ötrü müvafiq treninqlər və məlumatandırma üçün olan tədbirlərə imkan verən təkmilləşmə olduqca vacibdir. Əslində, qanunun izahı və icrası beynəlxalq standartlara uyğun olmalıdır.

Mışelova həmçinin qeyd edib ki, Azərbaycan höküməti 1998-ci ildə Venesiya komissiyasının tövsiyəsinə əsasən qəbul olunmuş qanuna düzəlişlər etməyə hazır olduğunu bildirib. Bu düzəlişlər gələn il Venesiya komisiyasının qiymətləndirməsi üçün Azərbaycan hökumətinə təqdim olunacaq.

Qeyd edək ki, görüşdə Venesiya komisiyasının üzvləri Boqdaq Auresku, Venesiya komisiyasının vitse prezidenti Finola Flanqan iştirak ediblər. Görüşdə Azərbaycanı Prezidentin icra aparatının təmsilçiləri Çingiz Əsgərov, Fuad Ələsgərov və Şahin Əliyev təmsil ediblər. Həmçinin danışıqlarda ATƏT-in Bakı ofisinin nümayəndəsi Andreas Vuçş iştirak edib.

Xəbər lenti

Xəbər lenti