...

AXCP sədrinin müavini Nurəddin Məmmədli: "AXCP qərərgah axtarışnı davam etdirir"

Siyasət Materials 13 Dekabr 2006 14:09 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası qərərgah axtarışını davam etdirir. Bu barədə Trend ə müxalifətçi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Nurəddin Məmmədli məlumat verib.

Onun sözlərinə görə, məsələni partiyanın Rəyasət Heyətində müzakirə ediblər. Partiyanın özünə məxsus olan qərərgah tapması haqda qərar qəbul olunub. "Partiya üzvlərinin, dostlarımızın və himayədarlarımızın imkanlarından bəhrələnməklə qərərgah axtarışını davam etdiririk. Mənə elə gəlir ki, biz bu məsələni həll edə biləcəyik."

AXCP sədrinin müavini vurğulayıb ki, axtarışlara baxmayaraq hansısa münasib yer tapmaq mümkün olmayıb.

N.Məmmədli qeyd edib ki, AXCP rəhbərliyi Keşlədə partiya üçün ayrılan qərərgaha köçmək fikrində deyil. "Orada normal fəaliyyət üçün heç bir şərait yoxdur. Ona görə də Keşləyə köçməyimiz mümkün deyil."

Xatırladaq ki, 1 saylı İqtisad Məhkəməsinin noyabrın 24-də qəbul etdiyi qərarla "Azadlıq" qəzeti Xaqani küçəsi 33 ünvanında yerləşən binadan çıxarılıb. Bundan sonra uzun müddət bu binada yerləşən AXCP də qərərgahsız qalıb. Partiya hazırda ADP-nin qərərgahında fəaliyyət göstərir.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi və millət vəkili Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti