...

Ramil Usubov: Azərbaycanın Daxili İşlər Nazirliyi Rusiyanın müvafiq orqanı ilə əməkdaşlığı yüksək qiymətləndirir

Siyasət Materials 22 Dekabr 2006 11:40 (UTC +04:00)
Ramil Usubov: Azərbaycanın Daxili İşlər Nazirliyi Rusiyanın müvafiq orqanı ilə əməkdaşlığı yüksək qiymətləndirir

Azərbaycanın Daxili İşlər Nazirliyi Rusiyanın müvafiq orqanı ilə əməkdaşlığı yüksək qiymətləndirir. Trend in xəbərinə görə, bu barədə Azərbaycan daxili işlər naziri dekabrın 22-də Bakıda səfərdə olan Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Ramil Usubov bildirib ki, MDB-nin iştirakçı -dövlətlərinin daxili işlər nazirliklərinin 2010-cu ilədək əməkdaşlığının İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində MDB məkanında cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

"Azərbaycanın və Rusiyanın sərhədyanı bölgələrinin polis və daxili işlər orqanları əməkdaşlarının qarşılıqlı fəaliyyətinin hərtərəfli möhkəmləndirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusilə də silahların, radioaktiv materialların, narkotiklərin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə üzrə görülən qarşılıqlı tədbirlərin səmərəliyinin artırılması üzrə səylərin davam etdirilməsi zəruridir", - deyə R.Usubov qeyd edib.

Hər iki nazir Azərbaycanda və Rusiyada cinayətkarlıqla mübarizənin nəticələri barədə məlumat mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti