...

Baş direktor: Birinci kanal Azərbaycandakı yayımının dayandırılması haqqında qərarla bağlı təəccübləndiyini bildirib

Siyasət Materials 29 Dekabr 2006 12:38 (UTC +04:00)
Baş direktor: Birinci kanal Azərbaycandakı yayımının dayandırılması haqqında qərarla bağlı təəccübləndiyini bildirib

Birinci kanal (Rusiya) Azərbaycan Milli Teleradio Şurasının (MTRŞ) 1 iyul 2007-ci il tarixindən Rusiya kanallarının yayımının dayandırılması haqqında qərarı ilə bağlı təəccübləndiyini bildirib.

Trend xəbər verir ki, Birinci kanalın baş direktoru Konstantin Ernst MTRŞ-in qərarına dair belə şərh verib: "Birinci kanalın yayımlandığı ölkələrin hüquq normalarına ciddi riayət etmək bizim prinsipial mövqeyimizdir. Azərbaycan Respublikasının ərazisində Birinci kanal artıq uzun illərdir ki, yaymlanır və mövcud qanunvericiliyin və müvafiq dövlətlərarası sazişlərin, eləcə də Müəllif hüquqlarının qorunması haqqında Beynəlxalq konvensiyanın tələblərini tam şəkildə yerinə yetirir. Bu günə qədər nə bizə, nə də kanalın yayımını həyata keçirən azərbaycanlı tərəfdaşımıza nəzarət orqanları tərəfindən heç bir rəsmi irad tutulmayıb, bütün lazımi sənədlər tələb olunan vaxtda rəsmiləşdirilir. Əsasında yayımın həyata keçirildiyi müqavilənin etibarlılıq müddəti 2010-cu ilin sonunda başa çatır. Biz əminik ki, yaranmış vəziyyət bütün cəlb olunmuş tərəflərin məmnun qalması ilə həll olunacaq və Azərbaycanda Birinci kanalın bir neçə milyon tamaşaçısı bundan sonra da öz sevimli verilişlərinə tam həcmdə baxa biləcəklər. Biz ümi

d edirik ki, Azərbaycanın Prezidenti, çox hörmətli cənab İlham Heydər oğlu Əliyev bu mənasız vəziyyətin reallığa çevrilməsinə imkan verməyəcək. Birinci kanalın yayım siyasətinin bütün bu illər ərzində möhkəmlənməsinə yardım etdiyi Rusiya və Azərbaycan xalqlarının dostluğu kiminsə düşünülməmiş qərarı nəticəsində təhlükə altında qalmamalıdır".

Xəbər lenti

Xəbər lenti