...

Azərbaycan prezidenti Sumqayıtda olub

Siyasət Materials 29 Dekabr 2006 19:35 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da Sumqayıt şəhərində olub.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Bu barədə Trend xəbər verir.

Prezident İlham Əliyev eyni zamanda dekabrın 29-da Sumqayıt şəhərində istifadəyə verilmiş "Azkompozit" boru istehsalı zavoduna baş çəkib, müəssisənin ayrı-ayrı istehsal sahələrini gəzib. Dövlət başçısı deyib ki, bundan sonra borular Azərbaycanda istehsal olunacaq, bu məhsulun xaricdən alınmasına əlavə vəsait xərclənməyəcək. Gələcəkdə məhsul başqa ölkələrə də ixrac edilə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün müasir standartlara uyğun yenidən qurulmuş Sumqayıt-Novxanı avtomobil yolu ilə də tanış olub. Uzunluğu 9,7 kilometr olan yol Bakı şəhəri istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin yaratdığı tıxacların aradan qaldırılması üçün əlverişli, sürücülər və sərnişinlər üçün isə çox rahatdır.

Dövlət başçısı yolun keyfiyyəti ilə maraqlanıb, sahil boyu abadlıq işləri görülməsinin və müasir istirahət zonaları yaradılmasının zəruriliyini bildirib.

Prezident həmçinin Sumqayıtdakı dənizkənarı parka gəlib, burada görülən abadlıq işləri ilə tanış olub. Dövlət başçısı dənizkənarı parkda gəzintiyə çıxan insanlarla da görüşüb, onların vəziyyəti ilə maraqlanıb və mübarək Qurban bayramı, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə onları təbrik edib.

Prezident şəhərdə istifadəyə verilmiş "Bismak" MMC Qida-Sənaye Kompleksi ilə də tanış olub.

Xəbər lenti

Xəbər lenti