...

YAP icra kabinin müavini Siyavuş Novruzov: "Müsavat Partiyası da bizim yanımıza gəlməyə məcbur olacaq"

Siyasət Materials 16 Fevral 2007 17:36 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Müsavatda da nümayəndələri var. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"Arxayın olsunlar, Müsavat da bizim yanımıza gələcək. Orda bizim nümayəndələrimiz var. Hazırda orada dəyişikliklər və islahatlar gedir. Müsavatda bir qrup var, o qrupu qovandan sonra Müsavat da bizim yanımızda olacaq", -deyə YAP rəsmisi əlavə edib.

Qeyd edək ki, S.Novruzov bunu ADP-nin dialoqla bağlı YAP-a göndərdiyi müraciətə münasibət bildirərkən deyib.

Xəbər lenti

Xəbər lenti