...

Millət vəkili S.Rüstəmxanlı: "1918-ci il soyqırımına aid abidə və muzey yaradılmalıdır"

Siyasət Materials 29 Mart 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi şəkildə törədilmiş soyqırımlarla bağlı abidə qoyulmalı, muzey yaradılmalıdır. Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

O qeyd edib ki, Xocalı soyqırımından əvvəl ermənilər tarix boyu dəfələrlə azərbaycanlıları soyqırımlara məruz qoyublar. Lakin beynəlxalq aləm, həmçinin Azərbaycan ictimaiyyəti 1905, 1918-ci illərdə törədilən qətliamlar barədə lazımi səviyyədə məlumatlı deyil. Rüstəmxanlı 1905-ci ildə Azərbaycanın təkcə Umudlu kəndində bütün əhalinin məhv edildiyini, lakin bu barədə insanların məlumatlı olmadığını deyib.

Millət vəkili qeyd edib ki, türk millətinə qarşı soyqırımlar tarix boyu davam edən vahid bir ssenarinin tərkib hissələridir: "Vatikan kilsəsinin, I Pyotrun, Yekaterinanın, Qorbaçovun göstərişləri türk millətinin parçalanmasına, məhv edilməsinə, tarixinin saxlaşdırılmasına yönələn və tarix boyu davam edən eyni bir prosesdir".

Xəbər lenti

Xəbər lenti