...

YAP Salyan rayon təşkilatının sədri dəyişdirilib

Siyasət Materials 5 Aprel 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının bu gün keçirilən konfransında təşkilatın sədri Etibar Hüseynov vəzifəsindən azad edilib. Onun yerinə Rəşad Cəbrayılov seçilib. YAP Salyan rayon təşkilatı İcra Aparatının rəhbəri Mirzə Mirzəyevin sözlərinə görə, konfransda 79 ərazi təşkilatından YAP-ın qurultayına 221 nümayəndə seçilib. Hazırda təşkilatın 4164 üzvü var.

E.Hüseynov 1998-ci ildən YAP Salyan rayon təşkilatının sədri olub.

Xəbər lenti

Xəbər lenti