...

ABŞ dövlət katibinin məsləhətçisi Bakıya gələcək

Siyasət Materials 17 Aprel 2007 18:00 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Gələn həftə ABŞ dövlət katibinin islam dünyası qadınlarının problemləri üzrə məsləhətçisi Şirin Tahir-Keli Bakıya gələcək. Bu barədə çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik məlumat verib.

O, 26-28 apredə Bakıda keçiriləcək və tolerantlığın təşviqi və qarşılıqlı anlaşmada KİV-in roluna həsr olunmuş İslam Konfransı Təşkilatı (İKT) və Azərbaycan XİN-in birgə konfransında iştirak edəcək.

Konfransda Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, İKT-nin baş katibi Ekmələddin İhsanoğlunun iştirak edəcəyi gözlənilir. Forumda Malayziyanın sabiq baş naziri Maxatxir Moxammad və Sloveniyanın xarici işlər naziri Dmitri Rupel həmsədrlik edəcək. Forumun işində ümumilikdə 150 nəfərin iştirakı gözlənilir. Onların arasında ATƏT-in demokratik institutlar və insan haqları üzrə Bürosunun direktoru Kristian Ştroxal, AB-nin ali komissarı Xavyer Solana, ATƏT-in mətbuatın azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti də var. Tədbir iştirakçıları arasında Amerika, Avropa, Asiya, müsəlman dövlətlərinin nümayəndələri və CNN, BBC, İTAR-TASS, "Sinxua" agentlikləri, "Fiqaro", "Vaşinqton post", "Di Tsayt", "El Pais" qəzetləri kimi dünya KİV-lərinin yüksək vəzifəli əməkdaşlarıda olacaq.

Forum çərçivəsində aprelin 28-də iştirakçı qruplarının Azərbaycanın regionlarına səfərləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti