...

Azərbaycan prezidenti Cənubi Koreya Universitetinin fəxri doktoru seçilib

Siyasət Materials 24 Aprel 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov, A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyevə Cənubi Koreyanın KyunqXi İqtisadiyyat Universitetinin fəxri doktoru adı verilib. Bu barədə çərşənbə axşamı telefonla Seuldan Azərbaycan prezidentinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

Cənubi Koreyaya dövlət səfərinin ikinci günündə Əliyev Seul Universitetinin tələbə-müəllim heyəti ilə görüşüb.

Seula səfərin ilk günündə Cənubi Koreya prezidenti Ro Mu Xyunla, daha sonra genişləndirilmiş heyətlə görüş keçirilib və nəticədə 6 ikitərəfli sənəd imzalanıb.

Səfərin ikinci günündə prezident Əliyev Seulun Nəqliyyat Əməliyyatları və İnformasiya Xidmətində (TOPİS) olub, xanımı Mehriban Əliyeva ilə birgə Kenbokkun Sarayı tarxixi-memarlıq kompleksi ilə tanış olub. Səfərin ikinci günündə ən mühüm məqam Azərbaycan prezidentinin Koreya - Azərbaycan biznes forumunda iştirakı olub. Prezident həmçinin Koreyanın 4 iri biznes assosiasiyasının rəhbəri ilə görüşüb. Axşam isə Əliyev Buşan şəhərində olub.

Azərbaycan prezidentinin Cənubi Koreyaya üçgünlük səfəri aprelin 25-də başa çatacaq. Səfərin üçüncü gününün gündəliyi barədə isə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti