...

İslam Demokrat Partiyası müxalifət partiyalarının ümumrespublika forumunda iştirak edəcək

Siyasət Materials 11 May 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyevin təklifi ilə mayın 25-də keçirilməsi planlaşdırılan müxalifət partiyalarının ümumrespublika forumuna İslam Demokrat Partiyası (İDP) da qatılacaq. Bu barədə cümə günü Bakıda partiyanın sədri Hacı Tahir Abbaslı məlumat verib. Onun sözlərinə görə, Açıq Cəmiyyət Partiyasının rəhbərliyi foruma İDP-ni də dəvət edib: "Biz bu ideyanı dəstəkləyirik. Hesab edirəm ki, bu ideyanı Azərbaycanın və Azərbaycan müxalifətinin indiki vəziyyəti zəruri edib və bu mənada Rəsul Quliyevin təklifi məqbuldur".

İDP sədrinin sözlərinə görə, bu məsələ ilə bağlı partiyada müzakirələr və məsləhətləşmələr aparılıb və belə bir qərar çıxarılıb: "Biz İDP olaraq hesab edirik ki, qarşıdan gələn prezident seçkisi və hakim partiyanın bu prosesə ciddi hazırlaşması müqabilində müxalifət yerində saymamalıdır. Məncə, bütün partiyalar umu-küsüləri, şəxsi mənafeləri bir kənara qoyub bu ideyanı dəstəkləməlidir. Bunu zururi edən bir neçə amil var. Birincisi, 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkisindən sonra əhalidə müxalifətə qarşı inamsızlıq yaranıb. Bunu müxalifət düşərgəsi özü də etiraf edir".

Diniyönümlu müxalifət partiyası olan İDP 2002-ci ildə yaradılıb.

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Quliyevin təşəbbüsü ilə mayın 25-də müxalifət partiyalarının ümumrespublika forumu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti