...

Avropa Şurasında dondurulmuş münaqişələrə dair dinləmələr keçiriləcək

Siyasət Materials 14 May 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Berlində keçiriləcək növbəti iclasında dondurulmuş münaqişələrə dair dinləmələr keçiriləcək. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məlumat verib.

Seyidov, mayın 15-də Makedoniyanın Skopye şəhərində AŞPA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün bu gün sözügedən ölkəyə yola düşüb. Onun sözlərinə görə, Makedoniya Avropa Şurasında Azərbaycanın vacib tərəfdaşıdır.

"Dondurulmuş münaqişlərə dair dinləmələr Monitorinq Komitəsinin Berlində keçiriləcək iclasında baş tutacaq. Makedoniyada isə bu dinləmələrin necə keçirilməsi ilə bağlı fikir mübadiləsi aparacağıq" - deyə Seyidov əlavə edib. AŞPA Monitorinq Komitəsinin Berlində keçiriləcək iclasının tarixi və gündəliyi Skopye şəhərində baş tutacaq toplantıda dəqiqləşəcək.

Xəbər lenti

Xəbər lenti