...

Müxalifətin məşvərət qurumunun toplantısının vaxtı dəyişdirilib

Siyasət Materials 11 İyul 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bir neçə müxalifət partiyasının təmsil olunduğu məşvərət qurumunun toplantısı iyulun ikinci ongünlüyündə keçiriləcək. Bu barədə həmin görüşlərdə iştirak edən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr müavini Əli Orucov məlumat verib.

AMİP, Azərbaycan Demokrat Partiyası (ADP), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Müsavat, Tərəqqi partiyaları və politoloq Eldar Namazovun iştirakı ilə müxalifətin məşvərət qurumu yaradılıb. Bu partiyalar toplanaraq müxtəlif məsələlərə dair müzakirələr aparır, əməkdaşlığın formalarını müzakirə edirlər.

Orucov bildirib ki, məşvərət qurumunun ayda bir dəfə toplanmasına qərar verilib. Bu, hazırda yay mövsümü olması ilə əlaqədardır. Ötən aykı toplantıda növbəti görüşün iyulun ilk ongünlüyündə keçirilməsi qərara alınmışdı. Lakin bu görüşün vaxtı yubadıldı. Orucovun sözlərinə görə, görüş AMİP-in qərargahında olacaq və iyulun 20-dək keçirilməlidir.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti