...

RF-nin Federasiya Şurası Komitəsinin rəhbəri: "Fələstin rəhbərinin Moskvaya səfəri Rusiyanın Yaxın Şərq münaqişəsinin həllində mühüm rol oynadığını göstərir"

Siyasət Materials 1 Avqust 2007 14:00 (UTC +04:00)
RF-nin Federasiya Şurası Komitəsinin rəhbəri: "Fələstin rəhbərinin Moskvaya səfəri Rusiyanın Yaxın Şərq münaqişəsinin həllində mühüm rol oynadığını göstərir"

Bakı, Azərbaycan /müx. Trend A. Qasımova/ Rusiyanın Federasiya Şurasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri Mixail Margelov hesab edir ki, Mahmud Abbasın Moskvaya səfəri Rusiyanın Yaxın Şərq probleminin həlli prosesində oynadığı xüsusi rolu göstərir.

Abbas iyulun 29-31-də Rusiya paytaxtında səfərdə olub. Abbasla görüş zamanı RF prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya Mahmud Abbası Fələstin xalqının qanuni lideri kimi tanıyır. Rusiya hökumətinin başçısı əmin oduğunun bildirib ki, Abbas "Fələstin xalqının birliyinin bərpa edilməsi üçün" əlindən gələni edəcək.

Çərşənbə günü telefonla Moskvadan Margelovun bildirdiyinə görə, Kreml həmişə Fələstinin aparıcı siyasi hərəkatları olan FƏTH və HƏMAS, o cümlədən HƏMAS və Qərb arasında dialoqun tərəfdarı olub. "Bu dialoqun olmaması baş verən bütün bu hadisələrə səbəb olub. Fələstin hökuməti ikiyə bölünüb, buna görə də münasibətləri normallaşdırmaq çox çətindir, Rusiya qeyd-şərtsiz olaraq Mahmud Abbası vahid Fələstin dövlətinin lideri kimi tanıyır, lakin unutmaq lazım deyil ki, HƏMAS-ın Muxtariyyətin siyasi həyatından və idarəetmə sistemindən istisna edilməsi mümkünsüzdür" - deyə politloq bildirib.

Margelovun sözlərinə görə, daxili münaqişələrə baxmayaraq Rusiya üçün Fələstin Muxtariyyəti vahid qurumdur, buna görə də hər bir humanitar yardım Muxtariyyətin bütün sakinlərinə göstərilməli və siyasi dialoq bütün siyasi qüvvələrlə aparılmalıdır. "Vacibdir ki, Fələstində qanun-qayda, birlik bərqərar olsun, bundan sonra isə əldə olunmuş beynəlxalq razılıqlar çərçivəsində müstəqil Fələstin dövlətinin yardılması istiqamətində hərəkatlar davam etsin" - deyə Margelov qeyd edib.

Onun sözlərinə görə, belə birliyə nail olmağın yeganə yolu FƏTH və HƏMAS arasında kəsilmiş dialoqun bərpa olunmasıdır. Həm FƏTH, həm də HƏMAS ilə işgüzar əlaqələri saxlayan Rusiya belə bir dioloqun bərpa olunmasına kömək edə bilər, "beləliklə də Qəza sektorunda humanitar fəlakəti yüngülləşdirməyə, həmçinin idarəçiliyə və nisbi sabitliyə nail olmaq mümkün olacaq".

Nə qədər ki Qəza sektoru problemi həll olunmayıb, Fələstin-İsrail münaqişəsini həll etmək cəhdələrini davam etdirmək çətinləşəcək, yüz minlərlə insan aclığa məhkum olunacaq" - deyə ekspert əlavə edib.

HƏMAS və FƏTH arasında münaqişə 2006- cı ilin yanvar ayında HƏMAS-ın Fələstin Muxtariyyətində keçirilən parlament seçkilərində qalib gəlməsindən sonra baş qaldırıb. Bu vaxta qədər Muxtariyyətdə siyasi liderliyi möhkəm surətdə FƏTH partiyası qoruyub saxlayırdı. Münaqişənin səbəbi güc strukturlarına kimin başçılıq etməsi məsələsi ətrafında baş verib. Razılığa gəlməyən tərəflər fəal şəkildə silahlanmağa başlamış, bu da öz növbəsində toqquşmaların başlanmasına səbəb olmuş və muxtariyyəti vətəndaş müharibəsi təhlükəsi altında qoymuşdur. Bir sıra ərəb dövlətlərinin təzyiqi altında FƏTH və HƏMAS yaxınlaşaraq 2007-ci ilin fevral ayında milli birlik hökuməti yaradıb. Buna baxmayaraq, iyun ayının əvvəlində münaqişə yenidən alovlanıb. HƏMAS FƏTH qruplaşmasını Qəza sektorundan demək olar ki, sıxışdırıb çıxarıb.

Xəbər lenti

Xəbər lenti