...

Azərbaycan prezidenti Maldivə səfərə dəvət olunub

Siyasət Materials 20 Avqust 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Maldiv Respublikasının prezidenti Mömin Əbdul Qəyyum öz Azərbaycanlı həmkarını Maldivə səfərə dəvət edib. Dəvət bazar ertəsi Maldivdə Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə öz təyinatı ilə bağlı etimadnaməsini dövlət başçısına təqdim edərkən Tamerlan Qarayevə çatdırılıb.

Səfir Maledən telefonla bildirib ki, dövlət başçısı və XİN rəhbəri ilə görüşündə tərəflər iki ölkənin müxtəlif qarşılıqlı faydalı sahələrdə gələcək əməkdaşlığı ilə bağlı informasiya mübadiləsi aparıblar.

Həmçinin beynəlxalq təşkilatla çərçivəsində ikitərəfli dəstək məsələlərinə böyük diqqət ayrılıb. Səfirin sözlərinə görə, Maldiv rəhbərliyi növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünün dəstəklədiyini bildirib.

"Biz həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Maldivə səfərini hazırlamaq qərarına gəldik. İki ölkə arasında Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr haqqında Protokolun imzalanması planlaşdırılır", - deyə Qarayev bildirib.

Xəbər lenti

Xəbər lenti