...

"Bülbüllər" bayrağımızı Avropada dalğalandıracaq

Cəmiyyət Materials 27 Sentyabr 2007 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /müx. TrendLife Günel Əhmədova/

"Bülbüllər" qrupu noyabrda Avropada keçiriləcək beynəlxalq vokal musiqi festivalında iştirak edəcək. Bu barədə TrendLife-a qrupun rəhbəri Aybəniz Haşımova məlumat verib. O bildirib ki, festivalda "Bülbüllər" "İgid oğlum, haydı gəl" adlı vətənpərvər mahnı ilə təmsil olunacaqlar. Qrup rəhbəri 50-dən çox ölkənin qatılacağı festivalda ermənilərin də iştirak edəcəyini söylədi. O: qeyd etdi ki, "Bülbüllər"in iştirak etdiyi əksər festivallarda ermənilər qrupun Azərbaycanın bayrağının dalğalandırmasına müəyyən yollarla mane olmağa çalışırlar: "Amma biz buna əhəmiyyət vermirik. Hər yerdə "Qarabağ bizimdir"- deyirik".

Xəbər lenti

Xəbər lenti