...

Prokuror məhkəmədən baş redaktorun 10 il müddətinə həbs qətiimkan tədbirinin seçilməsini istəyib

Cəmiyyət Materials 26 Oktyabr 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova, E.Hüseynli/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü "Realnıy Azərbaycan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi üzrə keçirilən məhkəmə iclasında prokuror Fətullayev barəsində 10 il müddətinə həbs qətiimkan tədbirinin seçilməsini istəyib.

Fətullayev Cinayət Məcəllsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma maddələri ilə ittiham olunur. Fəttulayev ona qarşı irəli sürülən ittihamlarla razılaşmır və onun həbsinin siyasi sifariş oldugunu iddia edir.

Fətullayev aperiln 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladeznin iddiası əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Fətullayevin işi üzrə növbəti məhkəmə iclası oktyabrın 29-da keçiriləcək. Həmin iclasda Fəttulayev son söz deyəcək.

Xəbər lenti

Xəbər lenti