...

Müğənni Nüşabə Ələsgərli ad gününü qeyd etməyəcək

Cəmiyyət Materials 24 Dekabr 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /müx. TrendLife Amal Rübai/

Estradanın tanınmış müğənnisi Nüşabə Ələsgərlinin nə az, nə çox 40 yaşı tamam olur. Bu faktı müğənni TrendLife müxbirindən gizlətmək istəmədi. "Niyə yaşıım gizlətməliyəm? Qadın necə görünürsə, o qədər də yaşı var. Mən on səkkiz yaşlı qız kimi görünürəm".

Lakin müğənni ad gününü təmtəraqlı qeyd etmək niyyətində deyil.

"Deyirlər ki, 40 yaşı qeyd etmək yaxşı əlamət deyil. Bundan əlavə, mən ad günümü İlhamə xanımın anası Tükəzban xanımın doğum günündə qeyd etdim. Mənə ən qiymətli hədiyyə xalq artisti Tükəzban İsmayılovanın ünvanıma dediyi sözlər idi" - deyə o bildirdi.

Xəbər lenti

Xəbər lenti