...

Azərbaycanda telekanalların üzərində nəzarət gücləndiriləcək

Cəmiyyət Materials 25 Dekabr 2007 12:53 (UTC +04:00)
Azərbaycanda telekanalların üzərində nəzarət gücləndiriləcək

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda fəaliyyət göstərən telekanallar üzərində nəzarətin gücləndirilməsi üçün qısa müddətə yayımın dayandırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi gözlənilir. "Telekanalların efir vaxtının qısa müddətə dayandırılması üçün səlahiyyətlərin verilməsinə dair təkliflər zərfi hazırlanaraq Azərbaycan hökumətinə təqdim olunub" çərşənbə axşamı Trend ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev bildirib.

Azərbaycanda telekanalların fəaliyyəti "Televiziya və radio yayımı haqqında" qanunla tənzimlənir. Həmin qanunun tələblərini pozan telekanallara qarşı cərimələr tətbiq olunur. Bundan nəticə çıxarmayan telekanalların yayımı isə MTRŞ-nın müraciəti əsasında məhkəmə qərarından sonra dayandırılır. Qanunvericilikdə telekanalların yayımının məhkəmə qərarı olmadan qısamüddətli dayandırılması məsələsi yoxdur.

Cəbiyev deyib ki, təkliflərdə qanunvericiliyi pozan telekanalların qısa müddətə, bir neçə günə yayımının dayandırılması göstərilib. Onun sözlərinə görə, "Televiziya və radio yayımı haqqında" qanuna dəyişikliklər Milli Məclisin yaz sessiyasında müzakirə oluna bilər.

Azərbaycanda 7 ümumölkə, 14 regional telekanal fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti