Azərbaycan, Bakı, 22 fevral /müx. TrendLife Günel Əhmədova/
Bir müddət əvvəl bacısı Nazpəri Dostəliyeva ilə soyuq müharibəyə başlayan bacısı, müğənni Zeynəb Dostəliyeva TrendLife-a hələ sülh bayrağı qaldırmağa tələsmədiyini söylədi. Eyni zamanda, müğənni televiziya kanallarının ona ögey münasibətdə olduğunu etiraf etdi.
"Hazır klipim, musiqi çarxlarım var. Amma onları nümayiş etdirmək üçün telekanallar imkan yaratmır. Dəfələrlə müraciət etmişəm, amma mənə susaraq cavab verirlər. Bacımla isə münasibətlərimiz qaydasına düşməyib. Ümumiyyətlə, bu mövzunu bağlamağı düşünürəm. Çünki bir müddət əvvəl mən bacımdan imtina etdiyim barədə məlumat vermişəm. Artıq onun haqqında danışmaq istəmirəm. Yaradıcılığıma gəlincə, iki albom
hazırlayıram və onların ekran həyatını düşünürəm. Əgər əlimdə olan hazır materialları kanallar yayımlasa, tezliklə yeni klipimi çəkdirməyi düşünürəm".