...

Tarkanın konserti sual altındadır

Cəmiyyət Materials 3 Aprel 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprlel/ "TrendLife" , Günel Əhmədova

Hələ ötən ildən Tarkanı Bakıya gətirəcəyini elan edən təşkilatçı Nahid Emiloğlu artıq konsretin vaxtını təyin edib. Təxminən qış aylarınd o, konsertin mayın 9-u və 10-da Yaşıl Teatrda keçiriləcəyini söyləmişdi. Artıq proqramın biletlərinin qiyməti də açıqlanıb. Lakin Yaşıl Teatrın açılışı ilə bağlı verilən rəsmi informasiya Nahid Emiloğlunun fikrini təkzib edir.

Xatırladaq ki, həmin tarixdə teatrın açılışı və mərhum ölkə başçısının 85 illik yubileyinə həsr olunmuş proqram nəzərdə tutulub. Yaşıl Teatrın mətbuat əlaqələndiricisinin TrendLife-a bildirdiyinə görə, həmin gün yalnız rəsmi elan olunan tədbir qeyd olunacaq. Tarkanın elan olunan konsretinə gəlincə, "Mənə elə gəlir ki, turk sənətçisinin konserti sual altındadır. Ümumiyyətlə, Tarkanın hansı tarixdə çıxış edəcəyi barədə isə informasiyamız yoxdur" - dedi.

Xəbər lenti

Xəbər lenti