...

Vaşinqton Azərbaycan hakimiyyətini KİV və vətəndaş cəmiyyəti ilə dialoqa başlamağa çağırır

Cəmiyyət Materials 4 Aprel 2008 13:10 (UTC +04:00)
Vaşinqton Azərbaycan hakimiyyətini KİV və vətəndaş cəmiyyəti ilə dialoqa başlamağa çağırır

Azərbaycan, Bakı, 04 aprel / " , müxbir K.Ramazanova/ Son vaxtlar Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün şərait çox çətinləşib. Bu barədə cümə günü Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Amerikalı diplomat Azərbaycan hakimiyyətini KİV və vətəndaş cəmiyyəti ilə dialoqa başlamağa çağırıb. "KİV-in demokratik institut kimi formalaşdırılması üçün xeyli səy göstərmək tələb olunur" - deyə Dersi bildirib.

Hazırda Azərbaycanda üç jurnalist həbsdədir. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-da aclıq aksiyasına başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını tələb edir.

Fətullayev ötən il saxlanılıb və ağır cinayətlərdə ittiham olunaraq, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Fətullayevə dəstək məqsədi ilə jurnalistlər, müxalifətçi deputatlar və siyasətçilər də bu aksiyaya qoşulublar.

Səfirin sözlərinə görə, bu işdə həm hökumət, həm də vətəndaşlar səy göstərməlidirlər. "Bu dialoq KİV-in azad fəaliyyət göstərməsinə imkan yaradacaq" - deyə Dersi bildirib.

Xəbər lenti

Xəbər lenti