...

Haraşti həbsdə olan jurnalistlərlə görüşüb

Cəmiyyət Materials 8 Aprel 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir K.Zərbalıyeva/ ATƏT-in Mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi çərşənbə axşamı həbsdə olan jurnalistlərlə görüşüb.

ATƏT-in Bakı ofisindən bildirilib ki, Mikolaş Haraşti "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin əməkdaşı Mirzə Sakitlə görüşüb, onlarla təkbətək söhbət aparıb. Görüşün təfərrüatı açıqlanmır.

Sakit məhkəmənin hökmü ilə narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək, 3 il azadlıqdan məhrum edilib.

Apellyasiya və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı üç jurnalist həbsdədir.

Qənimət Zahid Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək, Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

Bazar ertəsi Haraşti "Gündəlik Azərbaycan" qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə görüşüb və ondan martın 25-də başladığı aclıq aksiyasını dayandırmasını xahis edib. Onun xahisindən sonra baş redaktor aclığı dayandırıb.

Haraştinin Azərbaycana səfəri aprelin 7-də başlayıb və səfər çərşənbə günü başa çatacaq.Səfər müddətində o, dövlət orqanlarında görüşlər keçirib

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti