...

Azərbaycanın ən titullu futbol klubu keçmiş hakimi sıralarına cəlb edib

Cəmiyyət Materials 21 Aprel 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının flaqmanı "Neftçi" klubunda boş qalan inzibatçı postunu sabiq hakim tutacaq. Bu barədə bazar ertəsi Trend a klubun mətbuat xidməti məlumat verib.

"Neftçi" klubu sabiq referi Zöhrab Qədiyevin hakimliyə qayıtmasından sonra boş qalan inzibatçı postuna Sabir Hacıyevi dəvət etmək qərarına gəlib.

Hacıyev əvvəllər Azərbaycan Premyer-Liqasının oyunlarında yan xətt hakimi kimi iştirak edib, keçmiş hakim "Neftçi"dən əvvəl "Xəzər-Lənkəran" klubunda inzibatçı kimi fəaliyyət göstərib.

Qədiyev Azərbaycanın ən titulu klublarından olan və Premyer-Liqada liderlik edən "Olimpik"dən 6 xal geridə qalan "Neftçi"dən yenidən hakim kimi fəaliyyət göstərmək istədiyinə görə ayrılıb. O, hakimlikdən iki il yarım əvvəl Bakıda keçirilən "Neftçi" - "Şahdağ" oyunundakı zəif idarəçiliyinə görə uzaqlaşdırılmışdı.

Təcrübəli referinin hakimliyə qayıdışı bu gün Azərbaycan çempionatının birinci divizionunda keçiriləcək NBC - "Şahdağ" oyununa təsadüf edəcək. AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun Trend a verdiyi məlumata görə, Qədiyevin Premyer-Liqanın oyunlarına təyinat alıb-almayacağı NBC - "Şahdağ" qarşılaşmasını necə idarə etməsindən asılı olacaq.

Azərbaycan Premyer-Liqasında mübarizənin başa çatmasına 4 tur qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti