...

Dünya Azərbaycanlıları Konqresinin qeydiyyat sənədləri Sabir Rüstəmxanlının adına rəsmiləşdirilb

Cəmiyyət Materials 25 Aprel 2008 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir C.Babayeva/ İsveçin vergi orqanları aprelin 23-də DAK-ın qeydiyyat sənədlərini Sabir Rüstəmxanlının adına rəsmiləşdirib. Bu barədə cümə günü Trend -a DAK-ın mətbuat və ifnormasiya mərkəzindən məlumat verilib.

Konqres DAK-a heç bir aidiyyatı olmayan şəxslərdən təşkilatla bağlı münasibət öyrənilməməsini xahiş edib.

DAK daxilində yaranmış narazılıqlar nəticəsində İdarə Heyəti (İH) iki yerə bölünüb. İH-nin 16 nəfər üzvündən 11-i Sabir Rüstəmxanlını DAK-ın sədri seçib və mayın 24-25-də Almaniyanın Köln şəhərində növbədənkənar qurultay keçirməyə hazırlaşırlar. İH-nin qalan üzvləri və tərəfdarları Qulamrza Səbri Təbrizinin sədrliyini dəstəkləyir və iyunun 20-22-də Brüsseldə qurultay keçirəcəklər.

Məlumatda bildirilib ki, DAK-ın İdarə Heyətinin növbəti iclaslarında Qulamrza Səbri Təbrizinin üzvlük məsələsinə baxıla bilər.

"Buna səbəb DAK İdarə Heyətinin üzvü Qulamrza Səbri Təbrizinin mətbuat vasitəsilə cəmiyyətdə çaşqınlıq yaratması, təşkilatın adından sui-istifadə etməsi və DAK-da baş verən hadisələri builki prezident seçkiləri ilə əlaqələndirməyə cəhd göstərməsidir", deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti