...

Aygün Bəylərin ideyasına sahib çıxıblar

Cəmiyyət Materials 25 Aprel 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx. TrendLife Günel Əhmədova/

Xatırlayırsınızsa, hələ ötən ilin birinci yarasında əməkdar artist Aygün Bəylər türkiyəli sənətçi Sibel Canla birgə konsert verəcəyi barədə məlumat vermişdi. Böyük konsert salonu üçün nəzərdə tutulan layihənin hazırlıqları başlasa da, sona çatdırıla bilmədi. Səbəbi müğənninin maliyyə durumuna bağlı idi. Sibel Canla isti münasibətlərinin olduğunu deyən Aygun Bəylər onunla birgə layihədə iştirakı üçün razılıq alsa da, üzərinə düşən böyük məsuliyyətin öhdəsindən tək başına gələ bilmədi:

"Türk sənətçiləri adətən 10-15 nəfərlik musiqiçi və bir neçə köməkçi ilə konsert səfərlərinə çıxırlar. Konsertin təşkili, üstəgəl bu qədər insanın yol, mehmanxana və digər xərcləri mənim üzərimdə idi. Hesablama aparandan sonra bunun öhdəsindən gələ bilməyəcəyini düşündüm".

"Sizin ideyanızı skiripkaçı Ceyhun həyata keçirir", - fikrinə münasibətini bildirən əməkdar artist Aygün bəylər sözünün davamında bunları vurğuladı:

"Bu barədə xəbər almışam. Bildiyimə görə, Ceyhunla da Sibel Canı dostluq telləri bağlayır. Musiqiçi dostumun ideyasını dəstəkləyirəm. Əgər bacarırsa, niyə də həyata keçirməsin. Mənim maliyyə durumum layihəni sona qədər reallaşdırmağa imkan vermədi. Yəqin, Ceyhunun imkanları buna qadirdir".

Lakin Aygün Bəylər solo proqramını dondurmaq niyyətində deyil. Müğənninin məlumatına görə, payızın ilk ayında bu adda layihə ilə çıxış etməyi qarşısına məqsəd qoyub. Müğənninin məkan seçimi Yaşıl Teatrdır. Onun niyyəti ilin sonuna doğru iki konsert proqramı təqdim edən sənətçi kimi tarixə yazılmaqdır:

"İlk konsertim açıq havada olacaq. Sentyabr ayı soyuq keçmədiyi üçün belə bir seçim etdim. Bu layihədə tamaşaçı yeni görünüş və eyni zamanda fərqli proqram izləyəcək. Qeyd edim ki, konsert üçün imicimdə dəyişiklik etməyi düşünürəm. Həmçinin repertuarda improvizələrə yol verəcəm. Yəni, dinləyicilər muğamla cazın sintezini eşidə biləcəklər. Hazırda proqram üzərində çalışırıq. Bu, təkrarı olmayan və sənət tarixinə yenilik gətirən bir layihə olacaq. Növbəti konsertimi isə Heydər Əliyev adına sarayda nəzərdə tutmuşam. İstəyirəm ki, sarayın açılışından sonra orada ilk konsert verənlərdən biri də mən olum. Həmin konsertin repertuarı isə tamam fərqli olacaq. Sırf yeniliklər üzərində qurulacaq".

Xəbər lenti

Xəbər lenti