...

Azərbaycanlı hakim UEFA kubokunun oyununu idarə edəcək

Cəmiyyət Materials 7 İyul 2008 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbol hakimi Vüsal Əliyev UEFA kubokunun oyununa təyinat alıb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Əliyev UEFA kubokunun birinci mərhələsinin cavab oyunları çərçivəsində Xorvatiyanın "Slaven" klubu ilə Maltanın "Marsakslokk" komandası arasında keçiriləcək görüşü idarə edəcək. Ona digər azərbaycanlı referilər - Elman Musayev, Azad Hüseynov və Əfqan Həmzəyev kömək edəcəklər. Musayev və Hüseynov yan xətt hakimləri, Həmzəyev isə ehtiyat hakim olacaq.

"Slaven" klubu ilə "Marsakslokk" arasındakı oyun iyulun 31-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti