...

Mini futbol üzrə "Aznet" Kubokunun finalçıları məlum olub

Cəmiyyət Materials 15 Dekabr 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın İnternet portalları arasında keçirilən mini futbol üzrə "Aznet" Kubokunun finalında iştirak edəcək komandaların adları məlum olub.

Turnirin 1/4 final mərhələsində "Azercell" "Baku Reds"lə görüşdə penaltilər seriyasında qələbə qazanıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatsa da, "Azercell"in futbolçuları penalti zərbələrini daha dəqiq yerinə yetiriblər - 7:6.

"Aznet" Kubokunun təşkilatçısı olan Trend in komandası isə "Armada" ilə oyunda böyükhesablı qələbə qazanıb - 6:1.

Trend lə "Azercell" arasında final görüşü dekabrın 20 - də keçiriləcək.

"Aznet" Kubokunun bombardiri hesabında 17 qol olan Vüsal Qasımzadədir (TİD Konsulting).

"Aznet" Kubokunun oyunları "Olimpik Star" idman kompleksində keçirilir.

Turnirin sponsoru "Rest" restoranıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti