...

"Barmek"in prezidenti barəsində məhkəmə həbs qərarı çıxarıb

Cəmiyyət Materials 4 İyun 2009 20:33 (UTC +04:00)
"Barmek"in prezidenti barəsində məhkəmə həbs qərarı çıxarıb

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir A. Huseynbala /

Sərhədi qanunsuz keçdiyi üçün Azərbaycanda korrupsiya cinayətlərinə görə məhkum olunmuş "Barmek"in prezidenti Hüseyin Arabul barəsində həbs qətimkan tədbiri seçilib. Arabulun vəkili Abbas Atakişi cümə axşamı  Trend -a  bildirib ki, bu gün axşam saatlarında Bakının Səbayel rayon məhkəməsi tərəfindən türkiyəli iş adamı Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz keçməyə cəhdetmə (318) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində 2 ay müddətinə həbs seçilib.

Məhkəmə iclasından sonra Arabul Bayıldakı 1 saylı istintaq təcridxanasına aparılıb.

Arabulu Gürcüstan sərhədçiləri saxlayıb və Azərbaycan sərhədçilərinə təhvil veriblər. Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Onun cəza müddəti başa çatmadığından Azərbaycanı tərk edə bilməz.

DSX-nin mətbuat xidmətindən əlavə məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti