...

Azərbaycanın Ali Məhkəməsi bələdiyyə əməkdaşlarının şikayətinə baxıb

Cəmiyyət Materials 21 İyul 2009 16:40 (UTC +04:00)
Ali Məhkəmədə Bakının Binəqədi rayon Rəsulzadə qəsəbəsinin bələdiyyəsinin təsərrüfat bölməsinin sabiq müdiri Aydın İsmayılov, bölmənin əməkdaşı İnqilab Ağalarovun barələrindəki hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.
Azərbaycanın Ali Məhkəməsi bələdiyyə əməkdaşlarının şikayətinə baxıb

Azərbaycan, Bakı, 21 iyul / Trend , muxbir H.Bağırov / 

Ali Məhkəmədə Bakının Binəqədi rayon Rəsulzadə qəsəbəsinin bələdiyyəsinin təsərrüfat bölməsinin sabiq müdiri Aydın İsmayılov və bölmənin əməkdaşı İnqilab Ağalarovun barələrindəki hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.

Məhkəmənin qərarı ilə Ağalarova aid olan hökmdə dəyişiklik olub. Məhkəmə Ağalarovun cəzasını 3 il azaldıb. İsmayılovun isə kassasiya şikayəti təmin edilməyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İnqilab Ağalarov 6 il, Aydın İsmayılov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin rüşvətalma (311.3.1 və 311.3.3-cü) maddələri ilə ittiham olunublar.

Bələdiyyənin təsərrüfat bölməsinin sabiq müdiri və digər əməkdaşları 2007-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.

Cinayət işinin istintaqını Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparıb. Onlar ayrı-ayrı şəxslərə torpaq sahəsinin ayrılması müqabilində rüşvət alarkən yaxalanıblar.

Bakı Apellyasiya Məhkəməsində isə təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib.

Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti