...

Azərbaycanın ATV telekanalı proqramlarını mükəmmələşdirəcək - vitse-prezident

Cəmiyyət Materials 3 Oktyabr 2009 13:48 (UTC +04:00)
“Biz şou proqramlarının hamısını mükəmmələşdirəcəyik”, - şənbə günü Trend News-a Azad Azərbaycan Televiziya və Radio Şirkətinin vitse-prezidenti Natiq İbrahimov bildirib.
Azərbaycanın ATV telekanalı proqramlarını mükəmmələşdirəcək - vitse-prezident

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azad Azərbaycan Televiziya və Radio Şirkəti (ATV) şou proqramlarının hamısını mükəmmələşdirəcək. Bu barədə şənbə günü Trend -a şirkətin vitse-prezidenti Natiq İbrahimov bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.

Mehdiyevin fikrincə, Milli Televiziya və Radio Şurasının telekanallarda apardığı həftəlik monitorinqin nəticələri göstərir ki, ATV telekanalı efirinin 32,3 faizini ("Xeyir ola", "Çal-çağır şou", "Yağ kimi", "10-lar", "Perfomans", "106 house", "Tam sərbəst-solo", "ATV maqazin", "Kim kimdir", "Yeni ulduz" verilişləri) şou-biznes verilişlərinə həsr edir.

İbrahimovun sözlərinə görə, şou verilişlərin aparıcılarının da bütün standartlara cavab verməsi üçün tədbirlər görüləcək.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti