...

Azərbaycanın Prezident Administrasiyası rəhbərinin məqaləsində tam obyektiv tənqid olunan məsələlər var - Əli Həsənov

Cəmiyyət Materials 12 Dekabr 2009 12:08 (UTC +04:00)
Azərbaycanın Prezident Administrasiyası rəhbərinin məqaləsində tam obyektiv tənqid olunan məsələlər var. Trend News-un məlumatına görə, bunu şənbə günü jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Azərbaycanın Prezident Administrasiyası rəhbərinin məqaləsində tam obyektiv tənqid olunan məsələlər var - Əli Həsənov

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Prezident Administrasiyası rəhbərinin məqaləsində tam obyektiv tənqid olunan məsələlər var. Trend -un məlumatına görə, bunu şənbə günü jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycanın hər bir sahəsində uğur olduğu kimi nöqsanlar da var. Ramiz Mehdiyevin məqaləsi Azərbaycanın ictimai həyatının inkişafında rolu olan elmlərə toxunub və burada tam obyektiv tənqid olunan məsələlər var", - Həsənov deyib.

Trend -un arayışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təhsil və elm sahəsindəki problemlərə həsr olunan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi "Azərbaycan" qəzetinin dekabrın 8-dəki sayında çap olunub.

Həsənov hesab edir ki, hər kəs bu tənqiddən nəticə çıxaracaq və ölkəmizin ictimai-siyasi inkişafına cavab verə biləcək sahələrini davam etdirəcək. Bu da respublikamızın bütün həyatına - elmə, təhsilə ictimai həyata təsir göstərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti