...

Aşura günü qanvermə aksiyasının keçirilməsinə şəraitin yaradılması üçün Səhiyyə Nazirliyinə müraciət edilib

Cəmiyyət Materials 24 Dekabr 2009 14:23 (UTC +04:00)
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günü bütün regionlarda qanvermə aksiyasının keçirilməsinə şəraitin yaradılması üçün Səhiyyə Nazirliyinə məktub ünvanlayıb, Trend News-un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə komitənin sədri Hidayət Orucov bildirib.
Aşura günü qanvermə aksiyasının keçirilməsinə şəraitin yaradılması üçün Səhiyyə Nazirliyinə müraciət edilib

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günü bütün regionlarda qanvermə aksiyasının keçirilməsinə şəraitin yaradılması üçün Ssəhiyyə Nazirliyinə məktub ünvanlayıb, Trend -un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə komitənin sədri Hidayət Orucov bildirib.

"Kərbəla hadisəsi bütün islam dünyasının faciəsidir, bir təriqətin deyil. İslamiyyətin müdafiəsi üçün haqq-ədalət və zülmə qarşı mübarizədir. Kərbala hadisəsi ilə birlikdə Qarabağı da xatırlamalıyıq. Zəncirvurma, özünə xəsarətyetirmə bəzi quvvələrin maraqlarına xidmət edir, qonşu ölkələrdə, İranda da zəncir vurmurlar, uyğun şəraitdə keçirirlər", - Orucov əlavə edib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası (QMİ) Məhərrəmlik ayı ilə bağlı fətva verib. Fətvaya əsasən, Məhərrəm ayı dekabrın 18-də başlayır. Aşura günü dekabrın 27-dədir.

Məhərrəm ayı Hicri Qəməri təqvimi ilə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn Əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

Dövlət Komitəsinin sədri bildirib ki, Qafqaz Müsəlanları İdarəsi qanvermə aksiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

"Dini inanclılar bu aksiyanı həyata keçirsinlər, çünki Azərbaycanda Qarabağ əlilləri var, qan xəstəliyindən əziyyət çəkən var", - Orucov deyib.

Xəbər lenti

Xəbər lenti