...

Azərbaycanın KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu qalib jurnalistləri mükafatlandırıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 Dekabr 2009 12:05 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ilin yekunu üzrə fərdi jurnalistlər arasında elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycanın KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu qalib jurnalistləri mükafatlandırıb (ƏLAVƏ OLUNUB)

RED. əlav.: qaliblərin tam siyahısı əlavə olunub

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir М.Əliyev/

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ilin yekunu üzrə fərdi jurnalistlər arasında elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyəti, bu günə qədər aparılan işlər barədə məlumat verib.

Müsabiqəyə 85 yazının təqdim edildiyini deyən Səfərli onlardan 33-nün qalib elan olunduğunu vurğulayıb. Qaliblər arasında TREND İnformasiya Agentliyinin Azərbaycan redaksiyasının rəhbəri Emil Hüseynli də var.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə ölkədə baş verən müsbət tendensiyanın mətbuata böyük təsir göstərdiyini bildirib.

Müsabiqənin qalib jurnalistləri:

1. Elçin Namazov ("İki sahil" qəzeti)

2. İttifaq Qocayev ("Xalq" qəzeti)

3. Namiq Quliyev ("Bakı xəbər" qəzeti)

4. Ramiz Əsgərov (Jurnalist İttifaqı)

5. İlham Quliyev ("Kaspi" qəzeti)

6. Aqil Camal ("Türküstan" qəzeti)

7. İlkin Ağayev ("Palitra" qəzeti)

8. Arzu Şirinova ("Xalq cəbhəsi" qəzeti)

9. Bəxtiyar Şahverdiyev ("Olaylar" İnformasiya Agentliyi)

10. Rufiq İsmayılov ("525-ci qəzet")

11. Emil Hüseynli (TREND İnformasiya Agentliyi)

12. Etibar Ağayev ("Yeni Müsavat" qəzeti)

13. Fazil Abbasov ("Azərnyus" qəzeti)

14. Tahir Rüstəmov ("Халг" qəzeti)

15. Mir Abbas Məmmədov ("Ayna-Zerkalo" qəzeti)

16. Nadir ismayılov ("Yeni Azərbaycan" qəzeti)

17. Zeynalabdin Zeynalov ("Azərbaycan" qəzeti)

18. Akif Quliyev ("Savalan" qəzeti)

19. Şahin Şirinov ("Futbol+qol" qəzeti)

20. Pünhan Əfəndiyev ("Üç nöqtə" qəzeti)

21. Babək Cahandarov ("Paritet" qəzeti)

22. Vaqif Bayramov ("Xalq" qəzeti)

23. Yusif Yusubov ("Şərq" qəzeti)

24. İlham Ələsgərov ("Mövqe" qəzeti)

25. Xalid Niyazov ("Azərbaycan" qəzeti)

26. Süleyman İsmayılbəyli ("Olaylar" qəzeti)

27. Bayram Niftəliyev ("Azadinform" İnformasiya Agentliyi)

28. Seymur Verdizadə ("Reytinq" qəzeti)

29. Akif Cabbarov ("Azərbaycan" qəzeti)

30. Sevinc Qurbanova ("Yeni Müsavat" qəzeti)

31. Samirə Məmmədova ("Azadlıq" qəzeti)

32. Xəyal Babayev ("Azadlıq" qəzeti)

33. Təranə Məhərrəmova ("Kaspi" qəzeti)

Xəbər lenti

Xəbər lenti