...

Azərbaycanda prokuror məktəb direktoruna 6 il cəza istəyib

Cəmiyyət Materials 30 Dekabr 2009 12:51 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayonu Çənlibel kəndindəki orta məktəbin direktoru Hidayət Hüseynovun işi üzrə keçirilən prosesdə prokuror çıxış edib və Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Azərbaycanda prokuror məktəb direktoruna 6 il cəza istəyib

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda prokuror terror barədə yalan məlumat verməkdə ittiham olunan məktəb direktoruna 6 il cəza istəyib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkir rayonu Çənlibel kəndindəki orta məktəbin direktoru Hidayət Hüseynovun işi üzrə keçirilən prosesdə prokuror çıxış edib və Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Yanvarın 6-da məhkəmə hökmü elan edəcək.

53 yaşlı Hidayət Hüseynov sərxoş vəziyyətdə bu il oktyabrın 17-də Şəmkir rayon Polis İdarəsinə, sonra isə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək, rəhbərlik etdiyi orta məktəbə bomba qoyulması barədə xəbər verib.

Məktəbdə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparsalar da, məlumat təsdiqini tapmayıb. Hüseynov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hüseynov Cinayət Məcəlləsinin 216-cı (terrorla hədələmə) maddəsi ilə ittiham olunub.

Hüseynovun 33 illik pedaqoji təcrübəsi var, 1990-cı ildən isə məktəb direktoru vəzifəsində işləyir.

Xəbər lenti

Xəbər lenti